İndiyədək kirayə mexanizmi çərçivəsində bu qədər müqavilə bağlanıb

14:08 - 2.12.2024


2 dekabr, Fineko/abc.az. İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 minə yaxın kirayə müqaviləsi bağlanılıb.

ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.

O bildirib ki, mexanizmdən yararlananların təxminən 70%-i gənclərdir.

Ümumilikdə isə əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 14 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib. (APA)