17:26 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. Qətərin Simaisma şəhərində Yaxın Şərqdəki ən iri və texnoloji cəhətdən inkişaf etmiş tematik parklarından biri olan “Land of Legends Qatar”ın (“Qətərin əfsanələr diyarı”) təməlqoyma mərasimi keçirilib.
ABC.AZ xəbər verir ki, parkın açılması 2028-ci ilə planlaşdırılır.
“Land Of Legends Qatar”, uzunluğu 7 km olan çimərlik boyunca yerləşəcək Simaisma turizm bölgəsi çərçivəsində ilk böyük layihədir. Onun sahəsi 8 milyon kvadrat metrdən çox olacaqdır. Tematik parkdan başqa, Simaisma 18 dəlikli qolf sahəsini, yaxtalara üçün təmtəraqlı liman, elit yaşayış villalar və bir çox restoran və mağaza əhatə edir.