10:21 - 22.11.2024
22 noyabr, Fineko/abc.az. Zığ gölünün ətrafında bulvar salınacaq.
ABC.AZ xəbər verir ki, bulvar salındıqdan sonra 106 hektar ərazisi olan Zığ gölünün ərazisi 40 hektara qədər kiçiləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov İctimai televiziyaya açıqlamasında bildirib ki, Zığ gölü ilə bağlı təkliflər mövcuddur:
“Gölün suyunun, sovetdən qalan dib çöküntülərinin təmizlənməsi nəzərdə tutulur. Eyni zamanda bərpa sisteminin qurulması və gölün su balansının təmin edilməsi üçün təmizləyici qurğuların quraşdırılması və gölə gələn və çıxan su axınlarının tənzimlənməsinin təmini nəzərdə tutulur”- F.Mütəllimov qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026