10:55 - 6.11.2017
6 noyabr, Fineko/abc.az. Azərbaycanda pambıq yığımı mövsümü davam edir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 4 noyabr tarixi üzrə qəbul məntəqələrinə 161416,23 ton pambıq təqdim edilmişdir.
Komitədə bildirdilər: “Yalnız əvvəlki gün ərzində məntəqələr 2736,71 ton pambıq qəbul edib”.
Məlumatda deyilir ki, ən məhsuldar rayonlar Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonlarıdır.