Saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadə edənlər var? - Nazirdən REAKSİYA

15:46 - 21.11.2024


21 noyabr, Fineko/abc.az. Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, əlillik statusu əlillərə verilməlidir: “Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq”.

Nazir, həmçinin Azərbaycanda bütün xəstəxanaların adekvat işləmədiyinə inanmadığını bildirib. (Report)