11:30 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Emirates Minting Factory" dünyanın ən böyük qızıl külçəsini istehsal edib.
ABC.AZ xəbər verir ki, çəkisi 300 kq-dan çox olan külçə "Ginnesin Rekordlar Kitabı"nda yer alıb.
Qeyd edək ki, "Emirates Minting Factory" gündəlik 1 000-1 200 kq qızıl və gümüşü emal etmək və əritmək qabiliyyətinə malikdir.