Gələn ilin büdcəsindən iqlim məsələrinə maliyyə ayılacaq

14:19 - 19.11.2024


19 noyabr, Fineko/abc.az. Ölkəmizin paytaxtında dünyanın ən mötəbər tədbirlərindən biri keçirilir, iqlim məsələləri, onun bizim gündəlik həyatımıza təsirləri müzakirə edilir.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə keçirilmiş iclasda maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dünya miqyasında Azərbaycan bu məsələlərdə öz baxışlarını nümayiş etdirməkdədir: “Bizdə büdcədə bununla bağlı işlərə başlamışıq. İqlimlə bağlı xərclər artıq növbəti ilin büdcəsində əksini tapıb”.

Nazir beynəlxalq münasibətlərlə bağlı qaldırılan məsələlərə toxunub: “Səfirliklərin saxlanması, əməkhaqlarının ödənişi zamanı BMT-də ödənilən əməkhaqqıları nəzərə alınır. Hesab edirəm ki, bu sahədə kifayət qədər uğurlu addımlar atılıb”. (APA)