16:35 - 14.11.2024
14 noyabr, Fineko/abc.az. Azərbaycanda bu il 100 min hektara yaxın ərazidə pambıq əkilib.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, hələlik pambıq yığımı davam edir:
“Havaların yağıntılı keçməsi taxıl üçün yaxşı olsa da pambıq üçün zərərlidir. Ona görə də istehsal həcmi ilə bağlı hələlik nəsə demək çətindir”.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 276,1 min ton pambıq yığılıb. Bu isə əvvəlki ilə nisbətən 14% azdır. (APA)