11:54 - 7.11.2024
7 noyabr, Fineko/abc.az. Amerikalı iş adamı İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatlarındakı rəqəmlər belə deməyə əsas verir. Maskın sərvətinin bir gündə bu qədər artmasına səbəb isə "Tesla" şirkətinin səhmlərinin bahalaşmasıdır. Belə çıxır ki, "Tesla" səhmləri bu yaxınlarda demək olar 15 faiz bahalaşıb. Noyabrın 6-da keçirilən ticarətin sonunda qiymətli kağızlar 14,75 faiz yüksəlib.
Bununla belə, noyabrın 7-də səhər saatlarında şirkətin səhmlərinin ticarətdən sonrakı qiyməti 0,63% ucuzlaşıb. Bu dəyər Bakı vaxtı ilə saat 9:35-də qeydə alınıb.
Müəllif: Elmir Murad
25 İyul 2026