Bankların kredit portfeli BOKT-larınkından 35 dəfə böyükdür

17:00 - 4.11.2024


4 noyabr, Fineko/abc.az. Azərbaycanda kredit bazarının son vaxtlar aktiv iştirakçılarından biri də BOKT-lardır.

ABC.AZ xatırladır ki, kredit portfeli hələlik banklardan qat-qat aşağı olsa da, BOKT-lar getdikcə maliyyə sektorundakı boşluqları doldurmaqdadırlar.

Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonuna BOKT-ların ümumi kredit portfeli 745 milyon manat təşkil edir. Müqayisə üçün bildirək ki, həmin tarixə bankların ümumi kredit portfeli 26,7 milyard manatdır və bu BOKT-ların kreditlərindən 35 dəfə artıqdır.