“Azərsu” cəbhəyanı kəndlərdə su infrastrukturu yaradır

17:31 - 28.08.2018


28 avqust, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Tərtər rayonunun dörd cəbhəyanı qəsəbəsində yeni su infrastrukturunun yaradılması layihəsini həyata keçirir.

“Azərsu”dan verilən məlumata əsasən, layihə, əhalisi təxminən 5 min nəfər təşkil edən Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir.

“Layihə çərçivəsində tikinti-quraşdırma işləri iyun ayında başlanmışdır. Mamırlı və Poladlı kəndlərində layihənin həyata keçirilməsi artıq başa çatdırılıb, qalan kəndlərdə isə işlər sentyabrın sonunadək başa çatdırılacaq”, - məlumatda belə deyilir.