Niger bir sıra taxıl bitkilərinin ixracına qadağa qoyub

12:21 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. Düyü, üyüdülmüş düyü, darı, sorqo, viqna və qarğıdalı ölkə xaricində satışa qadağa qoyulub.

ABC.AZ xəbər verir ki, bu cür məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsində məqsəd daxili bazarda qiymətlərin sabit qalması üçün şəraitin təmin edilməsidir. Bunun üçün xaricə ixracından qaynaqlanan məhsul çatışmazlığının qarşısını almaq lazımdır. 

Eyni zamanda, qadağa Burkina Faso, Mali və Niger arasında bağlanmış Sahel dövlətləri Alyansının üzv ölkələrinə satışlara şamil edilmir.

Niger səlahiyyətliləri həmçinin bildiriblər: "Hökumət istehsalçılara məhsullarına görə ədalətli mükafat almağa imkan verən müvafiq tədbirləri nəzərdən keçirir".