Mənzil bazarında qiymətlər 10%-dən çox bahalaşıb

10:22 - 16.10.2024


16 oktyabr, Fineko/abc.az. Bu ilin 3-cü rübü üzrə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin III rübündə mənzil bazarında qiymət 2024-cü ilin II rübü ilə müqayisədə 3.8% bahalaşıb.

O cümlədən ilkin mənzil bazarı üzrə 4.3%, təkrar mənzil bazarı üzrə 3.7% bahalaşıb.

2024-cü ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən mənzil bazarında qiymətlər 9.2%, ilkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artıb.