16:25 - 27.08.2018
27 avqust, Fineko/abc.az. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin avqust ayının 31-də saat 10ºº-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində ( Zaqatala şəhəri, Car küçəsi 1 ) Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026