Çin buna görə ÜTT-yə Türkiyədən şikayət edib

16:24 - 9.10.2024


9 oktyabr, Fineko/abc.az. Çin Türkiyədən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

ABC.AZ xəbər verir ki, rəsmi Pekin Ankaranın Çindən idxal etdiyi bütün avtomobillərə tətbiq etdiyi əlavə gömrük rüsumlarına görə narazılıq edib.

Qeyd edək ki, ÜTT qlobal ticarətin düzgün işləməsini təmin etmək üçün üzv ölkələr arasında ticarət mübahisələrini həll etmək məqsədi ilə təkmil “Mübahisələrin Həlli Mexanizmi”ni (DSC) təklif edir.

Bu mexanizm ölkələr arasında ticarət mübahisələrini beynəlxalq hüquq çərçivəsində həll edir.

Bununla yanaşı, ticarətin şəffaf və ədalətli şəkildə davam etməsini təmin edir.

Qeyd edək ki, mübahisələr yalnız üzv dövlətlər arasında həll edilir.