12:42 - 27.08.2018
27 avqust, Fineko/abc.az. Bakı məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatında deyilir ki, 27 avqust vəziyyətinə əsasən, məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib.
“2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 15-dən başlanmış qeydiyyat sentyabrın 25-dək davam edəcək. Sənəd qəbulu sentyabrın 28-dək, həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək aparılacaq”, - məlumatda belə deyilir.
Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.