Bu ölkədə ötən əsrdən qalan 4 milyon doğum şəhadətnaməsi rəqəmsallaşdırılır

16:59 - 8.10.2024


8 oktyabr, Fineko/abc.az. Danimarkada ötən əsrdə vətəndaşlara verilən milyonlarla doğum şəhadətnaməsinin rəqəmsal arxivi yaradılacaq.

ABC.AZ xəbər verir ki, milli arxiv, 1926-1973-cü illər arasında danimarkalıların o vaxtlar əl ilə yazılan 4 milyon ədəd doğum şəhadətnamələrini rəqəmsallaşdırmaq planlarını açıqlayıb. Bu rəqəmsal arxivin xüsusilə səhiyyə sahəsində retrospektiv tədqiqatlar üçün məlumat bazası kimi istifadə edilməsi planlaşdırılır.

Layihənin həyata keçirilməsi üçün 19 milyon Daniya kronu (2,5 milyon avro) həcmində vəsait Novo Nordisk Fondu tərəfindən ayrılıb.