Azərbaycanda da kütləviləşən maliyyə piramidası tələsi - VİDEO

11:07 - 7.10.2024


7 oktyabr, Fineko/abc.az.  Maliyyə piramidasının tarixi çox qədimdir, amma beynəlxalq səviyyədə 1919-cu ildə tanınıb.

ABC.AZ xəbər verir ki, İtaliyadan olan mühacir Çarlz Ponzi ABŞ-də ilk dəfə maliyyə piramidasını yaradıb və "Ponzi" adı ilə məşhurlaşıb. İqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda da "Ponzi" piramidasının bir çox növünə rast gəlinib.

Məsələn, 90-cı illərdə kommersiya banklarının yüksəkfaizli əməliyyatları, yüz dollara muncuqdüzmə və digər şəbəkələr buna misal ola bilər. Sxem isə çox sadədir, burada heç bir alqı-satqı həyata keçirilmir, piramidaların gəliri yalnız ora qoşulan insanların vəsaitləri hesabına formalaşır. Məsələ ilə bağlı ATV-nin "İqtisadi zona" verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda: