Fransa 60 milyard avro qənaət paketi hazırlayır

16:12 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Fransa 2025-ci ildə dövlət xərclərinə qənaət və vergi artımı hesabına 60 milyard avro əlavə dəyər təmin etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, baş nazir Mişel Barnier genişlənən büdcə kəsirini bağlamaq, investorların ölkəyə inamını artırmaq üçün belə addım atılacağını vurğulayıb.

Hökumət rəsmiləri çərşənbə günü mətbuata verdikləri açıqlamada büdcə kəsirinin milli gəlirə nisbətini 6,1%-dən 5%-ə endirməyi hədəflədiklərini bildiriblər.