Ötən gün İran raketləri İsrailin qaz platformasını vurub

14:49 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. İran raketləri Aşkelon limanı yaxınlığında qaz hasilatı platformasını vura bilib.

ABC.AZ xəbər verir ki, bu barədə İran mediasında deyilir.

Zərbənin hansı platformaya düşdüyü dəqiqləşdirilməyib, lakin ərazidə Yam Tetis və Tamar yataqlarının hasilat platformaları yerləşir. Tamar yatağı Şevron (25%), İsramko (28%) və BƏƏ-nin Mubarak Enerji (22%) tərəfindən birgə işlənilir.