İranda oktyabrın 3-ü səhərədək bütün aviareyslər ləğv edilib

14:11 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. İran ərazisində aviareyslər Yaxın Şərq regionundakı vəziyyətlə əlaqədar cümə axşamı səhərədək ləğv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazerlu məlumat verib.

Onun sözlərinə görə, uçuşların təhlükəsizliyini qorumaq üçün aviareyslər oktyabrın 3-də səhər saat 05:30-dək (yerli vaxtla saat 5-dək) ləğv edilib.

Bundan əvvəl Livan İranın İsrailə kütləvi hücumu səbəbindən bölgədəki vəziyyəti qiymətləndirmək üçün hava məkanını 2 saatlıq bağlamışdı. İordaniya Mülki Aviasiya İdarəsi, marşrutları Krallığın ərazisindən keçən bütün mülki təyyarələr üçün hava məkanını da bağlayıb.