Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər artıb, ya azalıb?

17:25 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 62 milyon 559 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 845 min manat və ya 1% azdır.

2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 63 milyon 404 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 44 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 694 min manat və ya 2,3 dəfə azdır.

Keçən ilin eyni dövründə 4 milyon 737 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib ki, buda illik 4% azdır. Ötən ilin 8 ayının nəticələrinə görə zərərlilik əmsalı 7% olub.