17:25 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 62 milyon 559 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 845 min manat və ya 1% azdır.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 63 milyon 404 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 44 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 694 min manat və ya 2,3 dəfə azdır.
Keçən ilin eyni dövründə 4 milyon 737 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib ki, buda illik 4% azdır. Ötən ilin 8 ayının nəticələrinə görə zərərlilik əmsalı 7% olub.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026