Çin hökuməti ipoteka üçün borclanma xərclərini azaldır

11:43 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Çin 5,3 trilyon dollara həcmindəki ipoteka kreditləri üçün borclanma xərclərini azaltmaq məqsədi ilə bir sıra addımlar atıb.

ABC.AZ xəbər verir ki, yeni addımlara əsasən, ev sahibləri noyabrın 1-dən etibarən mövcud kreditorları ilə şərtləri yenidən müzakirə edə biləcəklər.

Bu barədə Çin Xalq Bankı məlumat yayıb.

Bəyanata görə, sabit ipoteka faizlərini seçənlər, həmin ipoteka kreditləri üçün yeni kreditlər barəsində müzakirə edə biləcəklər.

Genişmiqyaslı təşviq paketinin bir hissəsi olan bu plan, Çin iqtisadiyyatını zəiflədən mənzil böhranına son qoya bilər.