16:13 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. Bakı Dəmiryol Vağzalı və 28 May metrostansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək.
ABC.AZ xəbər verir ki, bunu “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, tikinti işlərinə görə 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ətraf ərazilərinə köçürüləcək: “Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikinti zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 400 kvadratmetri yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir. Parkda əkilən ağaclar Bakı iqliminə uyğun növlərdir”. (Report)
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026