Əhalinin banklarda nə qədər depoziti var?

16:54 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. Azərbaycanda əhalinin banklardakı depozitlərinin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın 2024-cü ilin avqustu üzrə təqdim etdiyi statistik bülletenə istinadən xəbər verir ki, sözügedən ayda fiziki şəxslərin depozitlərinin həcmi 230.8 mln. manat və ya 1.7 faiz artımla 13 milyard 891.8 milyon manata yüksəlib.

Bunun da 4 milyard 781.7 milyon manat ekvivalenti fiziki şəxslərin xarici valyutada qoyduğu valyuta olub.

Bankların son aylarda depozitlər üzrə faizləri yüksəltməsi depozit yığımlarına mühüm təsiri olub.

Belə ki, müddətli depozitlərin həcmi 8 milyard 215.5 milyon manat olmaqla son ayda 1.8 faiz yüksəlib. Müddətli depozitlərin yalnız 2 milyard 846.6 milyon manat ekvivalenti xarici valyutada yerləşdirilənlərdir.

Depozitlərin qalan 5 milyard 676.3 milyon manatını isə tələbli depozitlərdən ibarətdir.