11:24 - 26.09.2024
26 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 mlrd. 567.7 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 256 mln. manat, balans kapitalı 6 mlrd. 311.7 mln. manat olub.
ABC.AZ Mərkəzi Bankın avqust üzrə təqdim etdiyi statistik bülletenə istinadən xəbər verir ki, avqust ayında bankların aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1% (478.5 mln. manat), 0.9% (381.8 mln. manat) və 1.6% (96.7 mln. manat) artıb.
Kredit portfelinin artımı cari ilin avqust ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.5% və ya 380.9 mln. manat artaraq 26 mlrd. 075.6 mln. manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.7% (13 mlrd. 999.8 mln. manat);
ıı) istehlak kreditləri – 30.6% (7 mlrd. 978.8 mln. manat);
ııı) ipoteka kreditləri – 15.7% (4 mlrd. 097 mln. manat).
Müəllif:Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026