17:05 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. Azərbaycanın hədəflərdən biri yararsız torpaqların xüsusi çəkisinin 25%-dən 15%-ə endirilməsidir.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda – “Karbon vergisinin iqtisadi təsirləri” mövzusunda sessiyada bildirib.
“2026-cı ilə qədər qarşıda bir sıra hədəflər var. Ümumi daxili məhsulun (ÜDM) illik orta hesabla 3-4%-lik artımına nail olmaq istəyirik. O cümlədən qeyri-neft-qaz sektorunda 5% artəm gözləyirik. Tullantıların təkrar emalı dərəcəsini paytaxtda 20%-ə, regionlarda isə 10%-ə, elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını isə 2026-cı ilə qədər 24%-ə, 2030-cu ilə qədər isə 30%-ə çatdırmaq hədəflənir. Bu hədəflərə çatmaq üçün əvvəl ekoloji, iqtisadi və sosial qiymətləndirmə aparılmalıdır”, – deyə o qeyd edib. (Report)
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026