17:56 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Bitget kriptovalyuta birjasının analitikləri TON blokçeyni rəqəmsal aktivlər bazarının böyüməsinin əsas drayveri hesab edirlər.
ABC.AZ xəbər verir ki, bu barədə, ticarət meydançasının analitik hesabatında deyilir.
Bitget qeyd edir ki, TON blokçeyni, əməliyyatların sayı, ümumi bloklanmış dəyər (TVL) və mərkəzləşdirilməmiş birjada (DEX) ticarət həcmi daxil olmaqla şəbəkənin əsas ölçülərində 10 dəfədən çox artım göstərərək 2024-cü ildə ən sürətlə böyüyən və populyar ictimai şəbəkələrdən birinə çevrildi.
Bundan əlavə, TON ekosisteminin təxminən 900 milyon istifadəçisi var ki, bu da gələcəkdə böyüməsi üçün mötəbər bir zəmin yaradır. Eyni zamanda, Bitget, ilk növbədə nisbətən zəif DeFi infrastrukturu ilə əlaqəli şəbəkə çatışmazlıqlarını göstərir. Həmçinin Telegram messencerinin tənzimləyici problemləri uzunmüddətli perspektivdə TON ekosistemi üçün təhlükə yarada bilər.
Bitget-də TON ekosisteminin üstünlükləri arasında pul qazanma qabiliyyəti ilə populyar Tap-to-Earn tətbiqetmələrinin olması, həmçinin pulsuz tokenlər paylayaraq auditoriyanın böyüməsi qeyd edilir.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026