İran bu il 15 milyon ton buğda yığmağı planlaşdırır

16:35 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Bu il biz 15 milyon tondan çox buğda istehsal etməklə özünütəmin  səviyyəsinə çatacağıq.

ABC.AZ xəbər verir ki, bu barədə İran kənd təsərrüfatı cihadı Nazirliyinin buğda və düyü istiqamətinin rəhbəri Söhrab Söhrabi bildirib.

Ölkədə buğda yığımına dair məlumatları məsul İran rəsmisi elan edib. "Bu səhər məlumatına görə, 11,975 milyon ton buğda alınmasına zəmanət verilib. Artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,634 milyon ton və ya 16% təşkil edib".

"Alınan buğdanın dəyəri 211 trilyon tümən (54 885 947,00 manat) olub. Hazırda istehsalçılara 167 trilyon tümən və ya dövlət mərkəzlərinə çatdırılan buğdanın dəyərinin 80%-i ödənilib", - deyə Söhrabi əlavə edib.