"Finoko” BOKT 6 ayda 29 min manat zərər edib

15:09 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. "Finoko” BOKT ASC 2024-cü ilin yanvar-iyun aylarını 29 min manat zərərlə başa vurub. Ötən ilin 1-ci yarımilliyində BOKT 65 min manat mənfəət əldə etmişdi.

ABC.AZ xəbər verir ki, bu barədə BOKT-un yarımillik hesabatında qeyd edilib. 

Bu ilin 6 ayında “Finoko” BOKT-un cəmi gəlirləri 2 milyon 811 min manat (əvvəlki ilə nisbətən 13.4% az) təşkil edib.

BOKT-un cəmi aktivlərinin həcmi isə 34 milyon 833 min  manatdan 35 milyon 343 min manata yüksəlib.

“Finoko” BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır.