Azərbaycanda 5 ulduzlu hotellərin qiyməti bahalaşdı

14:11 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. Azərbaycanda 5 ulduzlu hotellərin qiyməti 30%-dən çox artıb.

ABC.AZ xəbər verir ki, hazırda 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib, bu əvvəlki illə müqayisədə 33,3 % çoxdur.

Ən yüksək qiymət Qəbələdə - 349,9 manat olub. 2-ci yerdə 327 manat olmaqla Quba hotelləri, 3-cü yeri isə 308,8 manat olmaqla Abşeron hotelləri tutub.