12:28 - 18.09.2024
18 sentyabr, Fineko/abc.az. Bakıda son illər daşınmaz əmlakın kəskin bahalaşması fonunda kiçik həcmli mənzillərə tələbat artıb.
ABC.AZ-ın məlumatına görə, 2, 3 və 4 otaqlı mənzillərin qiymətlərinin həddindən artıq yüksək olması, nisbətən ucuz təklif edilən 1 otaqlı, kiçik kvadratlı evlərin satışını sürətləndirib.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda mərkəzi ərazilərdə, yeni tikili binalarda 3 və 4 otaqlı mənzillərin qiyməti 250 min manatdan başlayaraq, ortalama 600-700 min manat arasında dəyişir.
Son illərdə əmlakların kreditlə satılması imkanlarının artması və güzəştli ipotekanın maksimum məbləğinin 100 min manat olması bu cür mənzillərin satışını artırıb.
O da bildirilib ki, artıq MTK-lar da kiçik həcmli mənzillərə tələbatın çoxluğu səbəbindən bina tikərkən buna xüsusi diqqət yetirir və nisbətən kiçik həcmli evlərin sayını artırırlar.
Ətraflı Xəzər TV-nin hazırladığı süjetdən tanış ola bilərsiniz:
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026