"Bitkoin"in qiyməti ucuzlaşlır?

11:13 - 4.09.2024


4 sentyabr, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salacağı gözləntiləri "Bitcoin"in qiymətinə də təsir edə bilər.

ABC.AZ xəbər verir ki, Bitkoinin qiyməti son 24 saatda 4,02% azalaraq 56,702 dollar olub. Digər bazar dəyəri böyük kriptovalyuta Ethereumun dəyəri isə 5.50% azalaraq 2 378 dollar olub.

Analitiklərin fikrincə sentyabr ayında gözlənilən faiz endirimi bitkoinin 15-20 faiz azalmasına səbəb ola bilər. Analitiklər bitkoinin 40-50 min dollar aralığına düşə biləcəyi ehtimalını qeyd edirlər.

Bitkoin bu xəbərin dərc edildiyi anda 57 754 dollara satılır və son yeddi gündə 2,67% ucuzlaşıb. Qiymət daha 20% azalarsa, bitkoin 46.000 dollar səviyyəsinə düşə bilər. Bu səviyyə sonuncu dəfə fevral ayında görülən bir nöqtə idi.