14:39 - 2.09.2024
2 sentyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni “MİDA Kommunal” portalını (https://kommunal.mida.gov.az) istifadəyə verib.
ABC.AZ xəbər verir ki, Portal Agentliyin inşa olunmuş layihələrində yaşayış binalarının idarə edilməsi prosesinin daha səmərəli şəkildə həyata keçirilməsi və vətəndaşlar tərəfindən əmlakların elektron qaydada idarə edilməsi prosesinin təmin edilməsi məqsədilə yaradılıb.
Yaşayış komplekslərinin sakinləri üçün bu portalda yaradılmış şəxsi kabinetləri üzərindən ödəniş etmək və ödəniş tarixçəsini izləmək imkanı təmin edilmişdir. Beləliklə, sakinlər müvafiq ödənişləri poçt məntəqələri, ödəniş terminalları, bank filial və şöbələri, bankların mobil tətbiqləri ilə yanaşı, “MİDA Kommunal” portalı üzərindən də rahat şəkildə həyata keçirə bilərlər.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026