Valyuta mübdiləsi göstərən bu şirkət bağlanır

10:39 - 30.08.2024


30 avqust, Fineko/abc.az. “Monex Valyuta Mübadiləsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1, Badamdar B/M küçəsi, ev 6B, mənzil 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC bu ilin aprel ayında yaradılıb, nizamnamə kapitalı 600 000 manatdır və qanuni təmsilçisi Elmar Aydınovdur.