Ceyhun Bayramov: Son vaxtlar Ermənistan silahlanır və onu buna üçüncü ölkələr sövq edir

12:08 - 28.08.2024


28 avqust, Fineko/abc.az. “Son zamanlar Ermənistan silahlanır və bəzi üçüncü ölkələr onu buna sövq edir”.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, müşahidə olunan tendensiya narahatlıq doğurur.

“Bu yanlış siyasət region üçün əlavə təhlükə mənbəyinə çevrilir”, - deyə Xarici İşlər Naziri qeyd edib.

Qeyd edək ki, Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Görüşdə Bakı ilə İrəvan arasında sülh prosesi müzakirə olunub.