Cari ildə 85,3 mln. dollar dəyərində kərə yağı idxal edilib

17:20 - 21.08.2024


21 avqust, Fineko/abc.az. 2024-cü ilin yeddi ayında Azərbaycan 85,3 milyon dollar dəyərində kərə yağı idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 57,7% çoxdur.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki,  hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,79%-ni təşkil edib.