17:16 - 21.08.2024
21 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycan 19,6 milyon dollar dəyərində 63,6 min ton qarğıdalı idxal edib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4,5% çoxdur.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,18 %-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycan 18,7 milyon dollar dəyərində qarğıdalı idxal edib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026