Cari ildə Azərbaycana 20% az  buğda idxal edilib

17:23 - 16.08.2024


16 avqust, Fineko/abc.az. Yeddi ayda Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib.

ABC.AZ  Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20% və ya 117,4 min ton, məbləğ baxımından isə 37.7% və ya 62 mln. ABŞ dolları azdır.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 0.95%-nə bərabər olub.
Qeyd edək ki, hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalaraq 222.8 ABŞ dolları təşkil edib.