12:10 - 16.08.2018
16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 66166 yeni doğulmuş körpə qeydiyyata alınmışdır ki, bu da keçən ilin eyni dövrünün göstəricisindən 2 719 nəfər azdır.
Dövlət Statistika Komitəsindən xəbər verilir ki, 2018-ci il iyulun 1-dək yeni doğulmuş körpələrin sayı hər 1000 nəfərə 13,6 təşkil edir.
Körpələrin ümumi sayından 1223 nəfər əkiz, 45 nəfər isə üçəmdir.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47% təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Yeni doğulmuşların cinsiyyət nisbətinin pozulması əhalinin ümumi cinsi nisbətinə təsir göstərib. Belə ki, hər 1000 kişiyə 1005 qadın düşür.
Bundan əlavə, Azərbaycanda ölüm halları azalıb.
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 29 292 ölüm halı qeydə alınıb.
Ötən ilin göstəricisi ilə müqayisədə ölüm səviyyəsi hər 1000 nəfərə 6.1-dən 6-dək azalıb.
27 İyul 2026
27 İyul 2026