15:23 - 29.07.2024
29 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanda 572,4 ton tütün yarpağı yığılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin I yarısı ilə müqayisədə 307,6 ton və ya 35% azdır.
Ötən ilin eyni dövründə 880 ton tütün yarpağı yığılıb. Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun aylarında 2 360 ton tütün istehsal edilib.
Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 012 ton və ya 6,8 dəfə artım deməkdir.
2024-cü ilin 1 iyul tarixinə anbarlarda qalan məhsulun həcmi əvvəlki iliin eyni dövrü ilə müqayisədə 395,7 ton və ya 9,6 dəfə artaraq 441,6 tona çatıb.
27 İyul 2026