10:49 - 25.07.2024
25 iyul, Fineko/abc.az. İyulun 24-də marketlərdə nağdsız ödənişlərlə bağlı problem yaranıb. Belə ki, kartlarla post-terminal vasitəsilə ödəniş etmək mümkün olmayıb.
ABC.AZ xəbər verir ki, bu barədə vətəndaşlar məlumat verib.
Onlar bildirib ki, marketlərdə vətəndaşlara vəsaiti nağd şəklində ödəmək təklif olunur. Böyük marketlərdə isə administratorlar “kartdan-karta” əməliyyatı ilə pulları nağdlaşdırıblar.
Məsələnin səbəbi bəlli deyil. Məlumata görə, problem ümumidir.
Qeyd edək ki, vətəndaşlar nağdsız əməliyyatları daha çox “ƏDV-Geri al” prosesinə görə edirlər. Yaranmış problem isə bu prosesin yerinə yetirilməsinə ciddi maneə yaradıb.
Müəllif: Elmir Murad
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026