15:03 - 24.07.2024
24 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Hermes-S” Mənzil-Tikinti Kooperativi ilə 9 milyon manatlıq müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilədə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 60 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 208 672 manatdır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026