11:28 - 18.07.2024
18 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 136 milyon 950 min dollar dəyərində 114 247 ton pomidor ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13.4%, miqdar ifadəsilə 6% artıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 120 milyon 730 min dollar dəyərində 108 118 ton pomidor ixrac olunmuşdu.
Bu il ümumi ixracının 1.06%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8.58%-i pomidorun payına düşüb.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026