17:16 - 17.07.2024
17 iyul, Fineko/abc.az. Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 30,7 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 12,8 % olub.
ABC.AZ Fonda istinadən xəbər verir ki, bu rəqəmlər 2023-ci ilin ikinci rübünün sonunda müvafiq olaraq 28,1 % və 15,2 % təşkil edib.
Digər regionlardan Şimali Amerikanın payı 37,1 %-dən 33,1 %-ə enib, Avstraliya və Yeni Zelandiyanın payı 0,6 %-dən 0,7 %-dək artıb.
Bu müddət ərzində Yaxın Şərq regionunun payı 0,3 %-dən 0,1 %-ə enib, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % səviyyəsində qalıb.
ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 66,5 %-dən 65,3 %-ə düşüb. İnkişaf etməkdə olan ölkələrin payı isə 15 %-dən 12,3 %-ə enib, beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,1 %-dən 7,6 %-dək artıb.