10:07 - 16.07.2024
16 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında ölkə ərazisində 10 392.6 ton həcmində polietilendən kisə və çantalar istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə istehsal 49.4% çoxdur.
01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 477 ton təşkil edir.
2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minmiş qaydaya görə, mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.
12 Avqust 2026