“Azərbaycan Sənaye Bankı”nın müştəriləri depozitlərini geri çəkib

15:25 - 15.07.2024


15 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında “Azərbaycan Sənaye Bankı”nın  gəlirləri 24 milyon 841 min manat, xərcləri 21 milyon 595 min manat təşkil edib.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə gəlirlər 21 milyon 9 min manat, xərclər isə 18 milyon 395 min manat olub.

Bu ilin iyul ayının 1-nə ASB-nin aktivləri 718 milyon 339 min manat olub ki, bunun 258 milyon 523 min manatı müştərilərə verilən kreditlərdir.

Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 1% artaraq 601 milyon 67 min manat olub, depozit portfeli 0.3% azalaraq 435 milyon 427 min manat təşkil edib.