Əhalinin gəlirləri artıb, ya azalıb?

11:22 - 15.07.2024


15 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 39 milyard 881,2 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,8 % artaraq 3 913,5 manata çatıb.