Azərbaycandan Rusiyaya pomidor ixracı kəskin artıb - Hesabat

17:30 - 10.07.2024


10 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 68 milyon 345 min ABŞ dolları dəyərində 50 min 910 ton pomidor ixrac edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17 milyon 296 min dollar və ya 33,9% artıb, miqdar baxımından isə 9 min 155 ton və ya 21,9% azdır.

2023-cü ilin yanvar-aprel aylarında Rusiyadan 51 milyon 48 min dollar dəyərində 41 min 755 ton pomidor ixrac etmişdi.

Bu dövrdə Azərbaycandan Rusiyaya ixrac edilən pomdiorun 1 kiloqramının ixrac qiyməti 2,28 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,08 manat idi. Bu da ixrac qiymətinin illik müqayisədə 20 qəpik (9,8%) artması deməkdir.